Ana Sayfa > Ölkə / Manşet > Binəqədi İcra hakimiyyətinin daha 4 rəsmisi prokurorluğa çağırıldı
Binəqədi İcra hakimiyyətinin daha 4 rəsmisi prokurorluğa çağırıldı23-05-2015, 13:36. Yazar: admin |
Binəqədi rayon İcra Hakimiyyəti başçısının daha iki müavini - İlqar Süleymanov və Aygün Əliyeva, şöbə müdirləri Nuridə Allahyarova və Ramiz Göyüşov Baş Prokurorluğa çağırılıb. TİA.AZ-a verilən məlumata görə, hər 4 məmurun izahatı alınıb. N. Allahyarovanın Baş Prokurorluğa çağırılmasına səbəb səhv məlumat verməsi olub. Şöbə müdiri Ədalət Rəcəbov həbs olunduğu gün Allahyarova açıqlamasında belə bir fakt olmadığını söyləyib. Qeyd edək ki, Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə 5 nəfər həbs olunub. Geri dön |