Ana Sayfa > Ölkə > Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcəkBu gün, 12:03. Yazar: admin |
|
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçiriləcək. Vertikal.top APA-ya istinadla xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunacaq. Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim ediləcək. Bayram konserti atəşfəşanlıqla yekunlaşacaq. Geri dön |