Ana Sayfa > Ölkə > İlham Əliyev gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ
İlham Əliyev gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİDünən, 10:47. Yazar: admin |
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Bununla bağlı President.az məlumat yayıb. Qanuna görə, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çox), xərclərinin isə 41 milyard 407.6 milyon manat (4.2% çox) olacağı gözlənilir. Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman da imzalayıb. Geri dön |