Ana Sayfa > Ölkə > Taksi fəaliyyəti ilə bağlı yeni QAYDALAR gəlir: Qiymət artacaqmı? - AKTUAL
Taksi fəaliyyəti ilə bağlı yeni QAYDALAR gəlir: Qiymət artacaqmı? - AKTUAL10-06-2023, 11:00. Yazar: admin |
Xəbər verildiyi kimi Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək. Bununla bağlı Milli Məclisə "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara və Vergi Məcəlləsinə dəyişikliklər layihəsinin daxil olduğu bildirilir. Dəyişiklik layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacaq. Maraqlıdır, taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı müəyyən ediləcək hansı yeni qaydalardan söhbət gedir? DİA.Z bildirir ki, millət vəkili Vüqar İskəndərov Bizim.Media-ya açıqlamasında layihənin formatından hələki məlumatsız olduğunu bildirib. Yol nəqliyyat eksperti Elməddin Muradlı da öz növbəsində hansı yeni qaydaların tətbiq ediləcəyindən xəbərsiz olduğunu qeyd edib: “Məlumatım yoxdur. Amma məsələ çoxdandır nəzarətdədir. Yəqin ki, qanunvericilikdə hansısa dəyişikliklər nəzərdə tutulur. Onlayn taksi xidməti ilə bağlı boşluqlar var. Onlara və digər məsələlərə baxıla bilər”. Qeyd edək ki, bu gün taksi daşıyıcılarının 90%-i müxtəlif onlayn platformalar və ya aqreqatorlar üzərindən öz fəaliyyətini həyata keçirir. Qanunvericilik isə bu cür fəaliyyət növünü tənzimləmir. Lisenziyaların yerinə gələn fərqlənmə nişanını almaq üçün istər sürücüyə, istərsə də avtomobilə münasibətdə hər hansı tələb qoyulmur. Bu sahə tənzimlənmədiyinə görə bəzən taksi sürücüləri müəyyən edilmiş qiymətdən daha çoxunu tələb edirlər. Ekspertlər hesab edir ki, taksi fəaliyyəti ilə bağlı qanun layihəsi hazırlanıb. Hansı ki, bu, həm taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsinə xidmət edəcək, eyni zamanda, qiymətin artmamasına səbəb olacaq. Geri dön |