Ana Sayfa > Ölkə > Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub, vəfat edən olmayıb

Azərbaycanda daha 90 nəfər COVID-19-a yoluxub, vəfat edən olmayıb


7-10-2022, 16:52. Yazar: admin


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 90 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arsında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 027 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 508 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 592 nəfərdir.

Ölkədə son sutka ərzində 2 202, hazırkı dövrədək isə 7 269 145 test aparılıb.
Geri dön