Ana Sayfa > Ölkə > Azərbaycanda şəhid ailələrinə vergi güzəştləri tətbiq ediləcək

Azərbaycanda şəhid ailələrinə vergi güzəştləri tətbiq ediləcək


16-09-2022, 09:41. Yazar: admin


Azərbaycanda 20 Yanvar şəhidlərinin övladlarına əmək haqqı gəliri ilə bağlı güzəştlərin verilməsi nəzərdə tutulur.

Vertikal.az Report-a istinadən xəbər verir ki, bu, 2023-cü ildə gəlirlər üzrə siyasətin əsas istiqamətlərindən biridir.

Bundan başqa, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 800 manat azaldılması planlaşdırılır.
Geri dön