Ana Sayfa > Ölkə > Azərbaycanda daha 563 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib
Azərbaycanda daha 563 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib9-08-2022, 22:17. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb. Geri dön |