Ana Sayfa > Ölkə > AZAL-da yoxlamalar başa çatıb
AZAL-da yoxlamalar başa çatıb1-07-2022, 22:05. Yazar: admin |
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində (AZAL) aparılan yoxlamalar başa çatıb. Bu barədə APA-nın sorğusuna cavab olaraq Hesablama Palatasından bildirilib. “Azərbaycan Hava Yolları” QSC-də həyata keçirilən nəzarət tədbiri ilə əlaqədar bildiririk ki, hazırda “Hesablama Palatası haqqında” qanuna əsasən, müvafiq tədbirə dair audit qrupu tərəfindən auditə dair hesabat tərtib edilməkdədir. Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi "Hesablama Palatası haqqında" qanuna uyğun olaraq tənzimlənir”, - qeyd edilib. Geri dön |