Ana Sayfa > Ölkə > Azərbaycanda COVID pasportu nə vaxt ləğv edilir?- AÇIQLAMA

Azərbaycanda COVID pasportu nə vaxt ləğv edilir?- AÇIQLAMA


22-04-2022, 16:42. Yazar: admin
Azərbaycanda COVID pasportu nə vaxt ləğv edilir?- AÇIQLAMA

Avropada bir çox ölkədə vaksin pasportları ləğv edilib. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması geniş müzakirə olunur.

BAKU.WS ölkədə COVID pasportu ilə bağlı tələbin nə vaxt aradan qaldırılacağı ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla müraciət edib.

Professor BAKU.WS-ə açıqlamasında bildirib ki, vaksin pasportlarının ləğv edilməsi yox, bu sənədlərin tələb edilməsi qaydaları aradan qaldırılmalıdır:

"Avropada da insanların şəxsi vaksin pasportları qalır və orada onların məlumatları öz əksini tapıb. Buna görə ölkəmizdə bu pasportların ləğv edilməsi də doğru olmazdı. Fikrimcə, pasportların tələb edilməsi qaydası ləğv edilməlidir.

İndidən bu tələbin nə vaxt ləğv ediləcəyi ilə bağlı tarix vermək çətindir. Hər halda Nazirlər Kabineti yanında Operativ Qərargah Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alır. Yerdə qalan qadağaların ləğvi sadəcə zaman məsələsidir.

Azərbaycan kollektiv immunitetə çatdığından digər qadağaları götürə bilərik. Xüsusi sürprizlər olmazsa, pandemiya bu il sona çatacaq".
Geri dön