Ana Sayfa > Ölkə > Ekspertdən XƏBƏRDARLIQ: "Satılan şəkərburaların tərkibində..."
Ekspertdən XƏBƏRDARLIQ: "Satılan şəkərburaların tərkibində..."22-03-2022, 08:49. Yazar: admin |
Novruz bayramı ərəfəsində şəkərbura və paxlavaya tələbat artır. Əksər xanımlar bu bayram şirniyyatlarını evdə hazırlasalar da, belə məhsulları marketlərdən alanlar da az deyil. Lakin bu zaman ortaya bəzi suallar çıxır. Görəsən, evdə hazırlanan bayram şirniyyatları kimi marketlərdə satılanlar da etibarlıdırmı? Musavat.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov marketlərdə satılan əksər şirniyyatların tərkibinin qaydalara uyğun hazırlanmadığını deyib: "Bayram ərəfəsində istehlakçıların aldadılması halları çox baş verir. Belə ki, marketlərdə satılan şəkərbura və paxlavaların içərisinə qoz-fındıq yox, noxud ovuntusu əlavə edirlər. Alıcıların hüququ var ki, məhsulun son buraxılma tarixi, ietehsal yeri ilə bağlı sənədlərə baxsın. Bu sənədlərdə eyni zamanda məhsulun tərkib hissəsi də açıq şəkildə göstərilməlidir. Bayramda bişirilən şirniyyatları 20 gün müddətinə soyuq tempraturda saxlamaq olar. Marketlərdə satılan tortları da alarkən diqqətli olmaq mütləqdir, çünki tortların saxlama müddəti 36 saatdır". Geri dön |