Ana Sayfa > Ölkə > DYP: Qarlı hava respublika yollarında hərəkəti çətinləşdirib

DYP: Qarlı hava respublika yollarında hərəkəti çətinləşdirib


12-03-2022, 11:54. Yazar: admin
DYP: Qarlı hava respublika yollarında hərəkəti çətinləşdirib

Ötən gündən yağan yağışın axşam saatlarından başlayaraq əsasən respublikanın dağətəyi rayonlarında gözlənilmədən qara və sulu qara keçməsi avtomobil yollarında bir sıra çətinliklər yaradıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən xəbərə görə, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki, Muğanlı-İsmayıllı, eləcə də Bakı-Şamaxı-Yevlax, Şəki-Qax və Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yollarında qarın yaratdığı fəsadların aradan qaldırılması üçün dərhal əraziyə DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları cəlb edilib.

Aidiyyəti taqımların əməkdaşları yol təsərrüfatı işçiləri ilə birgə gecədən başlayaraq səhər saatlarınadək xüsusi texnika cəlb etməklə yolun qardan təmizlənməsi üçün tədbirlər görüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.

Hazırda yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yaranmış məhdudiyyətlərin aradan qaldırılması istiqamətində tədbirlər davam edir.

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzaların və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi hərəkət iştirakçılarına, xüsusilə sürücülərə müraciət edərək zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir.



Geri dön