Ana Sayfa > Ölkə > Yeni icra başçıları kollektivə təqdim olunub

Yeni icra başçıları kollektivə təqdim olunub


19-02-2022, 12:40. Yazar: admin
Yeni icra başçıları kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Coşqun Adil oğlu Cəbrayılov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elgin Şirin oğlu Həbibullayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivlərə təqdim olunub.

APA xəbər verir ki, təqdimatlarda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Hər üç icra başçısı onlara göstərilən etimada görə minnətdarlıqlarını bildirib.
Geri dön