Ana Sayfa > Ölkə > Azərbaycan iqtisadiyyatı ən yüksək templə inkişaf etməkdədir

Azərbaycan iqtisadiyyatı ən yüksək templə inkişaf etməkdədir


16-02-2022, 13:46. Yazar: admin
Azərbaycan iqtisadiyyatı ən yüksək templə inkişaf etməkdədir

Son illərdə Azərbaycan iqtisadiyyatı ən yüksək templə inkişaf etməkdədir. Bu sahədəki nailiyyətlər, nəinki qonşu dövlətlərdə hətta dünya birliyi tərəfindən də qiymətləndirilir. Azərbaycanda aparılan bu inkişaf özünü həm statistik göstəricilərdə göstərir. Eyni zamanda biz bu müsbət dəyişiklikləri gündəlik həyatda da müşahidə edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində enerji sahəsində qazandığı növbəti uğura imza ataraq, fevralın 11-də “Qobu” Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının açılışında iştirak edib.
Yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasında ən müasir avadanlıqdan istifadə edərək 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 250 meqavolt-amper olan 4 avtotransformator quraşdırılıb. “Qobu” Elektrik Stansiyasının qarşısında isə 110 kilovoltluq açıq paylayıcı qurğu tikilib.
Qeyd etmək olar ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.
Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksək gərginlikli ötürücü xətlərin, elektrik stansiyasının yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.
"Qobu" Enerji Qovşağı ölkədə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın etibarlılığını maksimum səviyyəyə çatdırmaq olduqca əhəmiyyətlidir.
Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib.
Bir sözlə, sürətli inkişaf bizə şərait yaradır ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın. Şübhəsiz ki, bu inkişafın təməlində duran uğurlu iqtisadi siyasi islahatlar, maliyyə resursları çox böyük səmərə ilə iqtisadiyyata yönəldilərək, həm insanların rifah halının yaxşılaşdırılması, həm də ölkənin uğurlu və uzunmüddətli inkişafı üçün zəmin yaradılmışdır.



Suraxanı rayonu Qaraçuxur
bələdiyyəsinin əməkdaşı Aynur Hüseynova

Geri dön