Ana Sayfa > Ölkə > Bu il xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir
Bu il xalqımız 20 Yanvar faciəsinin 32-ci ildönümünü qeyd edir19-01-2022, 15:22. Yazar: admin |
20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil. Çünki həmin gün Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü oldu. Uzun illər Sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqı azadlıq səsini ucaltdı. Öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdi. Gecə saatlarında respublikamızın paytaxtı Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Təbii ki, bu hadislərin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq idi. İmperiya nə qədər qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Həmin günlərdə xalqımız bir həqiqəti də dərk etdi-meydanda həqiqi lideryoxdur. Zaman həmin lideri xalqın ən ağır günündə ona tanıtdı. Belə ki, Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada... Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar tarixinin matəm günü kimi qeyd olunması,hadisəyə siyasi-hüquqi qiymət verilməsi, şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunması. "20 yanvar şəhidi" fəxri adının təsis olunması buna nümunədir. Hal–hazırda Przezident İham Əliyev ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirir. Bu il xalqımız 20 Yanvar hadisəsinin 32-ci ildönümünü qeyd edir. Bu il matəm günün qeyd olunması bir qədər fərqlidir. Çünki 90-cı illərdə azadlıq, istiqlaliyyət uğrunda canından keçən igidlərin davamçıları Sovet İmperiyasının havadarlıq etdiyi düşmənə layiqli cavabı verib. 44 günlük Vətən müharibəsində qazanılan zəfər Şəhid ruhlarına bir təsəllidir. Lakin əsrlər keçsə də 20 yanvar faciəsinin Şəhidləri heç vaxt unudulmayacaq. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Bakı şəhəri, Q.Qəhrəmanov adına 65 №-li tam orta məktəbin direktoru Arzu Miriyev Geri dön |