Ana Sayfa > Ölkə > Azərbaycanda ÜDM-in həcmi pandemiyadan əvvəlki səviyyəni ötüb
Azərbaycanda ÜDM-in həcmi pandemiyadan əvvəlki səviyyəni ötüb19-01-2022, 11:10. Yazar: admin |
Azərbaycanda ÜDM-in nominal həcmi 93 mlrd. manata çatıb və bu, 2019-cu illə müqayisədə 11 mlrd. manatadək çoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Nazir əlavə edib ki, 2020-ci ildə pandemiya səbəbindən ÜDM-in həcmi azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb. Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 92 857,7 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6% çox ÜDM istehsal olunub. Geri dön |