Ana Sayfa > Ölkə > Gələn il üçün yaşayış minimumu birinci oxunuşda qəbul edildi

Gələn il üçün yaşayış minimumu birinci oxunuşda qəbul edildi


17-11-2021, 15:18. Yazar: admin
Gələn il üçün yaşayış minimumu birinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
VERTİKAL.az xəbər verir ki, qanun layihəsinə əsasən, halinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.


Geri dön