Ana Sayfa > Ölkə > Azərbaycanın Vatikanda səfirliyi açılacaq

Azərbaycanın Vatikanda səfirliyi açılacaq


25-10-2021, 22:04. Yazar: admin
Azərbaycanın Vatikanda səfirliyi açılacaq

Azərbaycanın Vatikanda səfirliyi açılacaq.

Bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.

O bildirib ki, “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyin təsis edilməsi haqqında” qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinə daxil olub.

Layihə bu gün komitədə müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Geri dön