Ana Sayfa > Ölkə > Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı açlıqlanıb
Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı açlıqlanıb24-09-2021, 17:15. Yazar: admin |
Milli Məclisin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı məlum olub. APA-nın məlumatına görə, qanunvericilik işləri planına aşağıdakılar daxildir: 1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri; 2. Azərbaycan Respublikasının dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri; 3. Konstitusiya Məhkəməsinin tövsiyələri nəticəsində hazırlanmış qanun layihələri; 4. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi; 5. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi; 6. “Lombardlar haqqında” qanun layihəsi; 7. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; 8. “Ali təhsil haqqında” qanun layihəsi; 9. “Turizm haqqında” qanun layihəsi; 10. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi; 11. “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi; 12. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri Geri dön |