Ana Sayfa > Ölkə > Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib

Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib


22-09-2021, 11:01. Yazar: admin
Yaşı 65-dən yuxarı olan müəllimlərin əyani tədrisə cəlb olunmasına icazə verilib

Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən yuxarı olan təhsil verənlər də cəlb olunacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.Eyni zamanda texniki heyət üzrə yaşı 65-dən yuxarı olan işçilər də işə cəlb olunacaq.

Bundan əvvəl təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsil verənlər cəlb olunmalı idi.
Geri dön