Ana Sayfa > Ölkə > Məktəblərdə xüsusi karantin rejimi dövründə idman zalları, kitabxana və hovuzdan istifadəyə icazə verilib

Məktəblərdə xüsusi karantin rejimi dövründə idman zalları, kitabxana və hovuzdan istifadəyə icazə verilib


22-09-2021, 11:00. Yazar: admin
Məktəblərdə xüsusi karantin rejimi dövründə idman zalları, kitabxana və hovuzdan istifadəyə icazə verilib

Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman, akt zallarından, kitabxana və hovuzdan sanitariya və gigiyena qaydalarına riayət olunmaqla və sosial məsafə gözlənilməklə, habelə istifadəçi sayı məhdudlaşdırılmaqla istifadə edilə biləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılmışdı.
Geri dön