Ana Sayfa > Ölkə > Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb
Bu il neçə nəfərə əlillik təyin edildiyi açıqlanıb16-09-2021, 12:08. Yazar: admin |
"Əillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən həyata keçirilir". APA-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib. O bildirib ki, bu ilin 8 ayında 35 minə yaxın əlilliyi olan şəxsə əlillik təyin edilib: "Bu qiymətləndirmə 98-99 faiz halda elektron aparılır, vətəndaş narazı olduqda əyani komissiyadan keçmək hüququ var. 11 min nəfərə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb. Həmçinin 8 ayda Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 nəfər mühərrikli təkərli oturacaqla təmin edilib". Geri dön |