Ana Sayfa > Ölkə > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


14-09-2021, 18:52. Yazar: admin
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69221 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47198 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7680427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4530138, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3150289 təşkil edir.
Geri dön