Ana Sayfa > Ölkə > Müxalif deputat hakim komandanı YIXIB-SÜRÜDÜ
Müxalif deputat hakim komandanı YIXIB-SÜRÜDÜ19-08-2021, 12:34. Yazar: admin |
Ermənistan hökuməti son üç ildə sabit iqtisadi artımın əsasını qoya bilməyib. KONKRET.az xəbər verir ki, bu barədə eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokundan olan millət vəkili Tadevos Avetisyan açıqlama verib. O qeyd edib ki, hakimiyyətin yaxın illərlə bağlı vəd etdiyi minimum 7 faiz iqtisadi artım üçün Ermənistanda heç bir şərait yoxdur. Deputat iqtisadi artım yerinə, ölkəni inflyasiyanın gözlədiyini vurğulayıb. Avetisyan görə, iqtisadi artım vəd edən səlahiyyətlilər son üç il yarımdakı fəaliyyətlərinin nəticələrinə yenidən baxmalıdır: “Ölkəni dar qrup maraqlarından çıxış edən populistlər yox, milli maraqları müdafiə edən peşəkarlardan ibarət bir komanda idarə etməlidir. Hazırkı şəraitdə isə qarşıya qoyulan vəzifə baxımından müəyyən bir geriləmə qeyd edilə bilər. Çünki eyni hökumət keçmişdə ikirəqəmli iqtisadi artım da vəd edirdi. İnvestisiya axını iqtisadi artımın əsas amillərindən biridir. Amma son illərdə onların həcmi sürətlə azalır. Həmçinin ölkədən kapital “uçuşu” var. Buna inflyasiyanın davamlı artması da əlavə olunur. Qorxularım var ki, vəd edilmiş 7 faiz iqtisadi artım əvəzinə 7 faiz inflyasiya əldə edəcəyik. Son 7 ayda maaşlar orta hesabla 5,4 faiz artıb, ərzaq məhsulları isə orta hesabla 3 dəfə artıb. Bu göstəricilər nəinki azalan iqtisadiyyatı xarakterizə edir, həm də əhalinin daha da yoxsullaşmasına yol açır”. Müxalif deputat hökumətin işsizliyi azaltma planlarına da şübhə ilə yanaşır: “Bu mərhələdə hakim komanda xalqı boş vədlərlə “qidalandırır”, bir müddət sonra isə vədləri yerinə yetirə bilmədikdə günahkar axtarmağa başlayacaqlar”. Geri dön |