Ana Sayfa > Ölkə > Həkim: "Xəstələrdən rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiq görülməlidir"

Həkim: "Xəstələrdən rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiq görülməlidir"


23-04-2021, 14:18. Yazar: admin


"Koronavirusun Azərbaycanda qeydə alındığı ilk gündən dövlət tərəfindən bir sıra tədbirlərin keçirilməsinə başlanılıb. Bu istiqamətdə həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində infeksiyanın geniş yayılmasının qarşısının alınmasına nail olunub. Doğrudur, virusun hökm sürdüyü bir ildən çox müddət ərzində onun acı nəticələrini də görürük. Amma hər kəs bilməlidir ki, pandemiyadan minimum itki ilə çıxmaq məhz həyata keçirilən qabaqlayıcı tədbirlərin hesabına mümkündür ki, bunu da dövlətimiz xalqımızın sağlamlığını düşünərək səhiyyəyə dəstək məqsədilə atıb".

Bunu "Report"a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.Həkim: "Xəstələrdən rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiq görülməlidir"
Onun sözlərinə görə, bunu artıq elm də sübut edir ki, pandemiya ilə mübarizə dövlətin, səhiyyənin və xalqın birgə səyi nəticəsində üç istiqamətdə gedir: "Belə olan təqdirdə dövlətin koronavirusla nümunəvi mübarizəsinə ölkə səhiyyəsində kölgə salanların mövcudluğu isə sadəcə təəssüf doğurur. Dövlət başçısının dəfələrlə çıxışlarında, müsahibələrində dediyi kimi, bu gün virusla mübarizə çərçivəsində həyata keçirilən bütün tədbirlərin əsasında insan faktoru, onların sağlamlığı və təhlükəsizliyi dayanır. Bütün bunların bariz nümunəsi kimi pandemiya başlanandan Azərbaycanda səhiyyə sahəsinə ayrılan diqqətin daha da artdığını göstərə bilərik. Bu müddət ərzində ölkəmizdə yeni xəstəxanaların, modul tipli səhiyyə müəssisələrinin istifadəyə verilməsi, digər tibb ocaqlarının yenidən qurulması və bərpası prosesini müşahidə etdik. Hazırda həmin səhiyyə müəssisələrində yüzlərlə vətəndaşımız müalicə olunur. Yüksək standartlara cavab verən avadanlıqlarla təmin olunan xəstəxanalarda xidmət göstəriciləri də daha yaxşıdır. Məhz dövlət başçısının xüsusi diqqəti sahəsində vətəndaşlara göstərilən keyfiyyətli tibbi xidmətin əlçatanlığı da artıb. Amma təəssüflər olsun ki, bu əlçatanlığa mane olanların mövcudluğu hər kəsi narahat etdiyi kimi biz - vətənini sevən həkimləri də narahat edir. Düşünürəm ki, xəstələrin müalicəsi üçün onlardan rüşvət tələb edən tibb işçiləri ən ağır cəzalara layiq görülməlidir. Çünki Prezident İlham Əliyev əhalinin sağlamlığı üçün ölkədə tibbi xidmətin keyfiyyətinin artırılmasına nail olduğu bir zamanda kimlərsə dövlət başçısının gördüyü işlərə, onun siyasətinə kölgə salır. Məhz dövlətin onlara yaratdığı şəraiti dərk etməyənlərə görə cəmiyyətdə Azərbaycan səhiyyəsinə inam da itir".

Tibb elmləri doktoru bildirib ki, nəfslərinə hakim ola bilməyən bu cür acgöz və tamahkar şəxslər dövlətə və xalqa necə zərbələr vurduğunu dərk etmirlər: "Ötən gün gördüyümüz cəza tədbirləri bizə bir daha onu göstərdi ki, dövlətimiz səhiyyəyə dəstək olduğu kimi həmin dəstəyin dəyərləndirilməsinə və xalqa göstərilən xidmətin səviyyəsinə də nəzarət edir. Bu da öz növbəsində bir daha onu göstərir ki, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşı, onun sağlamlığı, təhlükəsizliyi dayanıb".
Geri dön