Ana Sayfa > Ölkə / Manşet > Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur

Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur


16-01-2021, 12:18. Yazar: admin
Operativ Qərargah: yanvarın 18-dən “SMS” icazə sistemi ləğv olunur

Yanvarın 18-i saat 00:00-dan etibarən “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin yumşaldılması qərara alınıb.

Qərara əsasən, yanvarın 18-də Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində yaşayış yerini və olduğu yeri “SMS” icazə, “icaze.e-gov.az” portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv ediləcək.
Geri dön