Ana Sayfa > Ölkə > TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq

TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq


2-12-2020, 20:17. Yazar: admin
TƏBİB: Azərbaycan ÜST-ün təsdiqləmədiyi koronavirus əleyhinə peyvəndi almayacaq

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənməyən koronavirus əleyhinə peyvəndi almayacaq.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, ÜST peyvəndi təsdiqləyərsə, o zaman əldə olunacaq.

"Vaksinin ABŞ, Türkiyə, yaxud hansısa digər ölkə istehsalı olmasının fərqi yoxdur. Təsdiqlənən vaksin olduğu təqdirdə, nə vaxtdan tətbiq ediləcəyi də bəlli olacaq", - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, Böyük Britaniya koronavirusa qarşı dünyada birinci olaraq Pfizer-BioNtech vaksinini istifadə üçün bəyənib.

Vaksinin gələn həftədən bütün ölkə üzrə tətbiqinə başlanılacaq.

Koronavirusa qarşı Pfizer-BioNtech vaksini ÜST tərəfindən hələlik təsdiqlənməyib.
Geri dön