Ana Sayfa > Ölkə > Azərbaycan arxeoloqları Baş prokurora müraciət ediblər
Azərbaycan arxeoloqları Baş prokurora müraciət ediblər17-11-2020, 10:03. Yazar: admin |
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Qoşqar Qoşqarlı, sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov, elmi işçi Səbuhi Hüseynov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər. İnstitutdan APA-ya verilən məlumata görə, müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunularaq qeyd edilib ki, 2002-ci ildən başlayaraq ermənilər xarici ölkə alimlərini cəlb etməklə on ildən artıq müddətdə Xocavənd rayonu ərazisindəki Qədim Daş dövrünə - Paleolit dövrünə aid Azıx mağara düşərgəsində qanunsuz arxeoloji qazıntı işləri apaıb, respublikanın aidiyyatı orqanlarının müvafiq izacəsi olmadan əldə edilmiş tapıntılar Ermənistan ərazisinə daşınıb. Ağdam rayonunun işğalda olan Şahbulaq qalası yaxınlığında 2005-cı ildən etibarən Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun bir qrup əməkdaşı arxeoloji kəşfiyyat işləri aparıb, 2006-cı ildən bu qrup, başda Yerevan Dövlət Universitetinin Kultorologiya fakültəsinin rəhbəri olan Hamlet Petrosyan olmaqla qanunsuz arxeoloji qazıntılara başlayıb. Bu qazıntılar 2020-ci ilin iyul ayına qədər 14 il fasiləsiz davam etdirilib. Ermənilər qanunsuz olaraq Azərbaycana məxsus qədim şəhər yerində arxeoloji işlər aparmaqla uydurma “Tiqranakert şəhərinin” tapdıqlarını və bu ərazilərin guya “ermənilərin qədim əraziləri olduğu” haqqında uydurmalarla dünya mətbuatında daimi çıxışlar ediblər. 2009-cu ildə bu ərazilərdə “Tiqranakert qoruğu” təşkil edən qondarma rejim 2010-cu ildə Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına məxsus Şahbulaq qalasında “Tiqranakert Arxeoloji Muzeyi” yaradıb. Geri dön |