Ana Sayfa > Ölkə > Bakı sakinləri tarixi zəfəri qeyd edir
Bakı sakinləri tarixi zəfəri qeyd edir10-11-2020, 09:59. Yazar: admin |
Ermənistan baş naziri Nikol Paşinyanın Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini qəbul edərək, məğlubiyyətlə barışmasını və bununla bağlı bəyanatı imzalamasını Azərbaycan xalqı böyük coşqu ilə qarşılayıb. APA-nın xəbərinə görə, ölkə Prezidentinin də dediyi kimi, "Bu bəyanat tarixi əhəmiyyət kəsb edir. Bu bəyanat Ermənistanın kapitulyasiyası deməkdir. Bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat bizim Şanlı Qələbəmizdir!". Müraciətdən sonra Bakı sakinləri bu tarixi zəfərin sevincini paylaşmaq üçün küçələrə axışıblar. Gecə saatlarından başlayan və hələ də davam edən şənliklər zamanı əllərində Azərbaycan bayraqları tutan, müxtəlif şüarlar səsləndirən vətəndaşlar Müzəffər Ali Baş Komandana, Rəşadətli Ordumuza minnətdarlıq edir, onlarla həmrəyliklərini bildirirlər. Geri dön |