Ana Sayfa > Ölkə > Səfər Mehdiyevə ÇAĞIRIŞ - Xainlər elə gömrük qapıllarındaca BOYKOT EDİLSİN!
Səfər Mehdiyevə ÇAĞIRIŞ - Xainlər elə gömrük qapıllarındaca BOYKOT EDİLSİN!2-11-2020, 11:35. Yazar: admin |
Məlum olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən bir sıra supermarketlər və apteklər “Johnson & Johnson” şirkətinə məxsus məhsulları boykot etməyə başlayıb. Buna səbəb Mərkəzi ABŞ-da yerləşən şirkətin rəsmi “Twitter” hesabından qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım etməsi olub. Azərbaycanın yerli parakəndəçiləri satışı dayandırmağın səbəbi kimi ölkəmizin ərazi bütövlüyünə hörmətsiz yanaşmanı göstərib. Belə ki, “Johnson & Johnson” korporasiyası Azərbaycanda müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir. DİA.AZ bildirir ki, həm bu məqamla və həm də ölkəmizin HAQQ SAVAŞINA həqarətlə yanaşan, haqsız mövqedə dayanan digər şirkətlərə qadağa qoyulması tələbilə bir qrup sosial şəbəkə istifadəçisi Dövlət Gömrük Komitəsinin rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: "Cənab DGK sədri. Bu gün Azərbaycan xalqı bir yumruq şəklində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında düşmənin başını əzməkdədir. Dostlarımızın, bu haqq işimizdə yanımızda dayananların kimliyi məlumdur. Onlara bir ömür qardaşlıq borcumuz var və qədirbilən Azərbaycan xalqı Qarabağ savaşında yanında dayanan dostlarını heç bir zaman unutmayacaq. Düşmənlərimiz də bir-bir özlərini bəlli edirlər. Onların da bu əməllərini unuda bilmərik. Elə hörmətli Ali Baş Komandanımız da çıxışlarının birində buna işarə edərək demişdir ki, müharibədən sonra Azərbaycanla necə əlaqə quracaqlar? Cənab Səfər Mehdiyev. Biz Sizdən bir vətən oğlu, səlahiyyətli şəxs kimi bu gün ölkəmizə qarşı haqsız mövqe tutan bütün şirkətlərə DGK qapılarında EMBARQOnun tətbiq edilməsi barədə göstəriş verməyinizi xahiş edirik. Xainlər elə gömrük qapıllarındaca BOYKOT EDİLSİN! Şirkətlərin adlarını sadalamırıq. Kimlikləri məlumdur. Bir ovuc qədərindədirlər və onlara layiqli yerlərini indidən göstərməliyik ki, oğullarımıza qarşı silah çevirənlərə hər türlü dəstək olanlar qarşçılarında yumruq təki birləşmiş AZƏRBAYCAN XALQINI görsünlər. Tanrı əsgərimizi qorusun! Qarabağ AZƏRBAYCANDIR!!!" Geri dön |