Ana Sayfa > Ölkə > Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB


20-10-2020, 11:17. Yazar: admin
Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

Xarici İşlər Nazirliyi (XİN) 20 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovla Pakistanın Xarici İşlər naziri Mahdum Şah Mahmud Qureyşi arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

XİN-dən APA-ya verilən məlumata görə, nazirlər bölgədə hazırkı vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki şəxsləri və yaşayış məntəqələrinin atəşə tutulması daxil olmaqla, humanitar atəşkəsin pozulması barədə pakistanlı həmkarına məlumat verib.

Ad - 00:08
ƏTRAFLI
Project GLO
Nazir ciddi mülki tələfatına səbəb olan Gəncə şəhərinə raket hücumunun müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğunu və bu cinayətlərə görə Ermənistan rəhbərliyinin tam məsuliyyət daşıdığını vurğulayıb.

Nazir qardaş ölkə olan Pakistanın Azərbaycanın ədalətli mövqeyinə qəti dəstək ifadə etdiyini üçün yüksək minnətdarlığını ifadə edib.

Nazir Mahdum Şah Mahmud Qureşi Pakistan xalqının hər zaman qardaş Azərbaycan xalqının yanında olduğunu və onun özünümüdafiə hüququnu dəstəklədiyini vurğulayıb. O, Pakistanın münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyü əsasında və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu qeyd edib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

***

saat 10:31

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində bildirib.

Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Geri dön