Ana Sayfa > Ölkə / Manşet > Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib

Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib


19-10-2020, 16:22. Yazar: admin
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub, 107 nəfər sağalıb, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 45 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40 144 nəfər müalicə olunaraq sağalıb, 630 nəfər vəfat edib, aktiv xəstə sayı 4 521 nəfərdir.

Ölkədə son sutka ərzində 4 612, hazırkı dövrədək isə 1 232 636 test aparılıb.
Geri dön