Ana Sayfa > Ölkə > Baş Prokuror: “Bu vandalizmi törədənlərə qarşı cinayət işi açıldı”

Baş Prokuror: “Bu vandalizmi törədənlərə qarşı cinayət işi açıldı”


11-10-2020, 14:04. Yazar: admin
Baş Prokuror: “Bu vandalizmi törədənlərə qarşı cinayət işi açıldı”
Gəncədə törədilən faktla bağlı cinayət işi başladılıb.

Bu sözləri Azərbaycanın baş prokuroru Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, törədilən faktla bağlı Cinayət Məcələlsinin 100-cü maddəsi ilə cinayət işi açılıb:

“Ölkə qanunvericiliyinə uyğun olaraq prokurorluq orqanları tərəfindən beynəlxalq hüququn normaları çərçivəsində bu dəhşətli cinayəti törədən Ermənistan hərbi-siyasi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi, beynəlxalq tribuna qarşısında cavab verməsi üçün əlimizdən gələn bütün imkanlardan istifadə edəcəyik”.

K.Əliyev yaxın zamanda baş verənlərlə bağlı həm Rusiya Federasiyası, həm də digər ölkələr tərəfindən mövqelərini bildirəcəyinə ümid etdiyini deyib.
Geri dön