Ana Sayfa > Ölkə > XİN: Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər məsuliyyət daşıyırlar
XİN: Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər məsuliyyət daşıyırlar5-10-2020, 13:18. Yazar: admin |
"Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyırlar". "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, öz ərazilərində Ermənistanın Azərbaycan, Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətləri təşviq edən dövlətlər, daha doğrusu bu insanların fəaliyyəti üçün şərait yaradan dövlətlər də əslində məsuliyyət daşıyırlar: "Həmin dövlətlər beynəlxalq konvensiyalara əsasən bu insanarın qarşısını almalıdır". XİN rəsmisi həmçinin bir daha elan edib ki, Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərimizə səfər edən jurnalistlərin təhlükəsizliyinə də Azərbaycan cavabdeh deyil. Geri dön |