Ana Sayfa > Ölkə > DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"
DİM sədri: "Builki buraxılış imtahanlarının nəticələri daha yüksəkdir"24-09-2020, 17:58. Yazar: admin |
"Keçən ilki buraxılış imtahanı ilə builki imtahanı müqayisə edəndə builki nəticələr daha yüksəkdir". APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bu, builki buraxılış imtahanlarında açıq sualların sayının 50 faiz azaldılması ilə əlaqədardır: "Bəlkə də şagirdlər imtahana daha yaxşı hazırlaşıb, vaxt baxımından imkanları daha çox olub. Statistik göstəricilərdə builki və ötənilki nəticələri müqayisə edəndə görürük ki, imtahan nəticələri təxminən eynidir. Bu il nə sıçrayış, nə də daha pis vəziyyət olub. İmtahanın təşkili isə daha mürəkkəb idi. İmtahanlara giriş çox ciddi təşkil olunmuşdu". Geri dön |