Ana Sayfa > Ölkə > Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…
Səfər Mehdiyevlə bağlı siyahı yayıldı: - Yüksək vəzifələrə təyinat prinsipi…12-09-2020, 10:56. Yazar: admin |
Azərbaycanda Gömrük sistemində mövcud olan problemlər zaman-zaman medianın gündəmində olub. Hətta bu mövzu Səfər Mehdiyev quruma rəhbər təyin olunan vaxtdan gündəmdən düşməyib də deyə bilərik. “Yeni Sabah” bildirir ki, sonuncu olaraq xaricdən gətirilən mallara 300 dollarlıq limitin qoyulması böyük qalmaqala səbəb olub. Məsələ hələ də medianın və sosial şəbəkələrin müzakirəsindədir. Komitə isə qəraarın haqlı olduğunu “əsaslandırmaqda” davam edir… Gömrük Komitəsinin sədri Səfər Mehdiyevlə bağlı daha bir qalmaqallı xəbəri isə Meydan TV-nin rəhbəri Həbib Müntəzir yayıb. Jurnalistin yaydığı məlumatdan bəlli olur ki, bu dövlət qurumunun rəhbərliyinə S. Mehdiyev yalnız yaxınlarını və həmkəndlilərini toplayıb. O, Gömrük sədrinin kadr siyasətinin klan prinsipinə əsaslandığını qeyd edib. İndi isə siyahını təqdim edirik. Bir dövlət qurumunun rəhbərliyində eyni kənddən bu qədər yüksək vəzifəli şəxsin olması normaldırmı? - Sədr: Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi. - Müavin: Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm. - Müavin: Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad. - Müavin: Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri Digər struktur rəisləri: - Daxili Təhlükəsizlik İdarəsi rəisi: Rəşad Zalov, 1980, Naxçıvan. - İnzibati İdarəetmənin Təşkili idarəsi: Nüsrət Qurbanov, 1963, Naxçıvan. - Xarici Əlaqələr İdarəsi rəisi: Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur. Hüquqi təminat şöbəsi rəisi: Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz. - Mətbuat Xidmətinin rəisi: Natiq Axundov, 1977, Naxçıvan şəhəri. - Katibliyin rəisi: Firudin Məmmədov, 1962, Naxçıvan, Babək. - Avtomobil Nəqliyyat İdarəsi: Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi. - İnfrastrukturun İnkişafı İdarəsi: Qasımov Kamil, 1960, Babək, Çeşməbasar. - Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi: Məsum Rəsulov, Naxçıvan, Babək, Nehrəm - Gömrük Komitəsinin Akademiyasının rəisi: Qulu Novruzov, 1970, Naxçıvan, Babək, Nehrəm. Xatırladaq ki, Azərbaycan qanunvericiliyində yaxın qohumların yüksək vəzifəyə təyin olunması qadağandır. Bu, bir neçə qanunda öz əksini tapıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Qanunun bu maddəsini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır. Geri dön |