Ana Sayfa > Ölkə > Bakı məktəblilərinin sayı açıqlanıb

Bakı məktəblilərinin sayı açıqlanıb


11-09-2020, 12:35. Yazar: admin
Bakı məktəblilərinin sayı açıqlanıb

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 434 971 şagirdin təhsil alacağı gözlənilir.

İdarədən APA-ya verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 35 794, X sinfində 25 611, XI sinfində 19 794, XII sinfində 170 şagirdin təhsil alacağı proqnozlaşdırılır. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 27 132 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
Geri dön