Ana Sayfa > Ölkə > Gömrük Komitəsi müsadirə etdiyi məhsulları bu qiymətə satır? - SİYAHI

Gömrük Komitəsi müsadirə etdiyi məhsulları bu qiymətə satır? - SİYAHI


9-09-2020, 18:19. Yazar: admin
Gömrük Komitəsi müsadirə etdiyi məhsulları bu qiymətə satır? - SİYAHI

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən müsadirə olunan mallar hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu dəfə hərraca çıxarılan mallar arasında kosmetika məhsulları, mobil telefonlar, ayaqqabılar yer alır.
Məlumat üçün bildirək ki, hərraclar Dövlət Gömrük Komitəsinin tabeçiliyində fəaliyyət göstərən “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyi tərəfindən həyata keçirilir. Bu qurum 1995-ci ildən fəaliyyət göstərir və qurumun rəhbəri Mehdiyeva Leyla Əkbər qızıdır.
Onu da bildirək ki, hərrac vasitəsilə satışa çıxarılan malların qiyməti çıxarılan malların ilkin satış qiyməti “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa uyğun olaraq sərbəst (bazar) qiymətlər əsasında müəyyən edilir.
Qeyd edək ki, budəfəki hərracda satışa çıxarılan “Samsung Galaxy A600” mobil telefonunun ilkin satış qiyməti (qeydiyyatsız) 520 manat müəyyən olunub.
Sonuncu hərracda satılacaq malların tam siyahısını təqdim edirik:Gömrük Komitəsi müsadirə etdiyi məhsulları bu qiymətə satır? - SİYAHI
Geri dön