Ana Sayfa > Ölkə > Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA
Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA9-09-2020, 16:04. Yazar: admin |
“Dərs mövsümü başlayır, valideyinlər hazırlıq təlaşına giriblər, qiymətlər də kəskin artıb. Keçən il ilə müqaisədə kitablarda, məktəb ləvazimatlarında, geyimdə 20-30% arası qiymət artımı var”. Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. “Pandemiya və karantin rejimi işsizlik ordusunu artırıb, işləyənlərin də gəlirləri kəskin azalıb, alıcılıq qabiliyyəti düşüb, bu fonda qiymət artımı ailələrin büdcəsinə pis təsir edir. Bir tərəfdən də onlayn təhsil qaydaları təsdiq edildi, məktəblilər evdən dərslərə qoşulmalıdırlar, maraqlıdır, bəs kompüter, planşet məsələsi nə olacaq?! Azərbaycanda məgər hər ailədə kompüter, planşetmi var?! Onlayn dərslər necə təşkil olunacaq?! İndi mənə tam aydındır ki, nədən Gömrük Komitəsi onlayn sifarişləri 1000 dollardan 300 dollara saldı, qərarın məqsədi kompüter və planşetlərə məcburi artacaq tələbi daxili şəbəkələrə yönəltmək, iri məmurlara bağlı satış məntəqələrinin alverini artırmaqdır. Yaxşı, hökumət olaraq uşaqlara pulsuz kompüter, planşet vermirsiniz (bir çox ölkələrdə bunun örnəkləri var), bunu bildik, uşaq pulunu da bərpa etmək istəmirsiniz, bu da aydındır, heç olmasa, kompüter və planşetlərə qoyduğunuz 15% rüsumu, 18% ƏDV-i ləğv edin, imkan verin, camaat ən azı 35% daha ucuz kompüter və planşet ala bilsin də, niyə gözünüzü ora dikmisiniz?! Qabiliyyətiniz çatıb bu illər ərzində daxili istehsal qura bilməmisiniz, heç olmasa, Gömrük Komitəsinin açıq lobbiçiliyini etdiyi şəxsi sifarişlərin azadılması qərarını ləğv edin, qaytarın 1000 dollar onlayn sifariş qaydasını, kompüter, planşetlərin sifarinə qoyduğunuz qeyri-qanuni və qeyri-leqal qadağanı da ləğv edin, imkan verin, camaat özü xaricdən öz uşaqlarına onlayn təhsil üçün avadanlıq ala bilsin! Elə bilirsiniz ki, təhsilsiz toplumu idarə etmək asandır?! Təhsil səviyyəsi aşağı olan, kritik səviyyənin altına düşən toplum sonra heç nəyi və heç kimi dinləmədən qarşısına çıxanı süpürəcək”,-deyə ekspert əlavə edib. Geri dön |