Ana Sayfa > Ölkə > Daxili işlər orqanında yeni təyinat olub
Daxili işlər orqanında yeni təyinat olub3-09-2020, 12:03. Yazar: admin |
Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib. "Report"un Muğan bürosu xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Qoşqar Kazımov Biləsuvar RPŞ-nin xidmət üzrə rəis müavini təyin olunub. O, bu təyinatdan əvvəl Binəqədi Rayon Polis İdarəsinin (RPİ) İctimai təhlükəsizlik şöbəsinin baş inspketoru vəzifəsində çalışıb. Xatırladaq ki, ötən ay Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib. Geri dön |