Ana Sayfa > Ölkə > Azərbaycanda daha 154 nəfərdə COVID-19 aşkarlanıb, 139 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycanda daha 154 nəfərdə COVID-19 aşkarlanıb, 139 nəfər sağalıb, 2 nəfər vəfat edib2-09-2020, 18:46. Yazar: admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb. Geri dön |