Ana Sayfa > Ölkə > Bu tarixdən rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA

Bu tarixdən rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA


1-09-2020, 12:41. Yazar: admin
Bu tarixdən rayonlara gediş-gəliş bərpa oluna bilər - AÇIQLAMA
Operativ Qərargahın sonuncu brifinqində rayonlara gediş-gəlişin bərpa edilməsi məsələsinin müzakirə olunduğu söylənildi. Bundan əlavə sentyabrın 15-nə kimi növbəti yumşalmaların ola biləcəyi ilə bağlı fikirlər də səsləndirildi. Sentaybrın 15-də rayonlara gediş-gəliş bərpa edilə bilərmi?

Bununla bağlı KONKRET.az-a fikirlərini bölüşən professor Adil Qeybulla bildirib ki, karantin qaydaları yavaş-yavaş yumşaldılmalıdır, amma karantin qaydalarına nəzarət gücləndirilməlidir:

“Qapalı məkanlarda insanların sosial məsafəni qoruması, maska taxması və dezinfeksiya məhlullarından istifadə etməsi vacibdir. Dünya Səhiyyə Təşkilatı tərəfindən pandemiyanın son zəngi vurulana qədər karantin qaydalarına əməl edilməsi mütləqdir. “Evdə qal” karantini və müəyyən qadağalar götürülməlidir. Sosial həyatın bütün sahələrində fəaliyyət bərpa olunmalıdır. Rayonlarda karantin rejimi götürülməlidir. Rayonlara gediş-gəliş bərpa edilməlidir.Təbii ki, rayonlara gediş-gəlişi bərpa edilməsi üçün qaydaların hazırlanması vacibdir. Artıq virus mutasiyaya uğrayır. Payızın sonunda artıq bu virusla vidalaşacağıq”.

Adil Qeybulla fikrini belə tamamlayıb:

“Rayonlara gediş-gəlişlə bağlı təkliflər də var. Sonuncu brifinqdə bu məsələnin müzakirə olunduğu səsləndirildi. Düşünürəm ki, yoluxma azalma dinamikası ilə davam edərsə, sentyabrın 15-nə kimi rayonlara gediş-gəliş bərpa oluna bilər”.
Geri dön