Ana Sayfa > Ölkə > “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq31-08-2020, 10:56. Yazar: admin |
“Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib. B. Əliyev deyib ki, bu qanun layihəsi gündəlikdədir: ““Ali təhsil haqqında” qanun layihəsini Milli Məclisin gündəliyinə daxil etmişik, İşçi Qrup da yaradılıb və qanun layihəsi üzərinə iş gedir. Yeni reallıqlar qanun layihəsi üzərində günün çağırışları istiqamətində iş aparılmasını tələb edir. Hələ ki, İşçi Qrupu bu qanun layihəsini komitənin müzakirəsinə təqdim etməyib. Yenidən formalaşdırılacaq İşçi Qrupu “Ali təhsil haqqında” qanun layihəsini hazırlayacaq və komitə qanun layihəsinə baxılacaq”. Komitə sədri Milli Məclisin payız sessiyasında İşçi Qrupunun yenidən formalaşdırılması məsələsinə də baxılacağını söyləyib: “İşçi Qrupunda həm Təhsil Nazirliyinin, həm digər müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələri təmsil olunur. Müəyyən şəxslər digər vəzifələrə təyin olunduğu üçün İşçi Qrupunun da tərkibinə yenidən baxılacaq. Ona görə də İşçi Qrupunun yeni üzvləri aidiyyəti dövlət qurumları ilə yenidən razılaşdırılmalı, ondan sonra İşçi Qrupunun yeni tərkibi təsdiqlənməlidir”. Geri dön |