Ana Sayfa > Ölkə > TƏBİB: Tədris elə təşkil olunmalıdır ki, qorunma tədbirlərindən kənara çıxılmasın

TƏBİB: Tədris elə təşkil olunmalıdır ki, qorunma tədbirlərindən kənara çıxılmasın


29-08-2020, 12:39. Yazar: admin
TƏBİB: Tədris elə təşkil olunmalıdır ki, qorunma tədbirlərindən kənara çıxılmasın

"Tədris müəssisələrinin açılması, tələbələrin, şagirdlərin dərsə getmələri, adi qaydada dərs keçmələri sözsüz ki, yoluxmaların artması nöqteyi-nəzərindən müəyyən problemlər yarada bilər".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in İdarə Heyəti yanında COVID-19 virus infeksiyası ilə bağlı preventiv tədbirlərin və yeniliklərin öyrənilməsi ilə bağlı Tibbi-Elmi Komitənin sədri Akif Qurbanov bildirib.

Onun sözlərinə görə, amma qorunma tədbirlərinə əməl etməklə bunun qarşısını almaq mümkündür: “Hazırda bu məsələlər, yəni tədris müəssisələrində tədrisin təşkili, eləcə də məktəblilərin, tələbələrin pandemiya dövründə tədris prosesində iştirakının bütün detalları müzakirə edilir. Məsələn, ibtidai sinif şagirdləri əgər məktəbə gedirsə, orada hansı qayda tənzimlənəcək? Hazırda bütün bunlar müzakirə mövzularıdır. Tədris elə təşkil olunmalıdır ki, dediyimiz qorunma tədbirlərindən kənara çıxılmasın. Siniflərdə şagirdlərin sayı, dərs cədvəllərinin bir-biri ilə toqquşmaması, şahmatvari olması, məktəblərdə təhsil müəssisələrinin hamısında şagird, tələbə sıxlığının maksimum, mümkün qədər azaldılması, dəhlizlərdə sıxlığın olmaması, tədris müəssisələrinin yeməkxanalarının, eləcə də oxu zallarının fəaliyyət göstərməməsi, bu və buna mənzər məsələlər hazırda müzakirə mövzusudur. Qərarlar Təhsil Nazirliyi ilə birgə tənzimlənəcək. Məqsədimiz birdir – yoluxma sayı artmasın, sağlamlığımız zərər görməsin, tədbirlərin hamısı buna istiqamətlənib. Tibb müəssisələri tədris müəssisələrinin əməkdaşları ilə birlikdə bu məsələləri elə həll etməlidirlər ki, məktəblərin açılması ilə yoluxma sayları bizi narahat etməsin. Sözsüz ki, birdən-birə bütün məktəblərdə, universitetlərdə dərslərin hamısının adi qaydada açılması gözlənilmir. Bildiyiniz kimi, sıxlığı azaltmaq nöqteyi-nəzərindən bəziləri onlayn qaydada olacaq. Yəqin ki, müəyyən müddət sonra epidemeoloji vəziyyət imkan verdikcə adi qaydada dərslər keçirilə bilər”.
Geri dön