Ana Sayfa > Ölkə > On rayon və şəhər avqustun 31-dən etibarən sərt karantin rejimi zonasından çıxarılır
On rayon və şəhər avqustun 31-dən etibarən sərt karantin rejimi zonasından çıxarılır29-08-2020, 10:18. Yazar: admin |
Virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır. APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcəkdir. Geri dön |