Ana Sayfa > Ölkə > Azərbaycanda daha 142 nəfər COVID-19-a yoluxdu, 97 nəfər sağaldı
Azərbaycanda daha 142 nəfər COVID-19-a yoluxdu, 97 nəfər sağaldı28-08-2020, 21:05. Yazar: admin |
Avqustun 28-nə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, 1 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 014, bu günə qədər isə ümumilikdə 904 506 test icra olunub. Geri dön |