Ana Sayfa > Ölkə / Manşet > Məktəbli formaları tikilir: - “Bakı Tikiş Evi” satış mağazalarını da açdı
Məktəbli formaları tikilir: - “Bakı Tikiş Evi” satış mağazalarını da açdı28-08-2020, 11:59. Yazar: admin |
“Bakı Tikiş Evi” məktəbli formalarının tikilməsinə başlayıb. Bu barədə Cebhe.info "Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib. O deyib ki, fabrik özbaşına satış mağazalarını aça və ya forma tikə bilməz. Bunun üçün Təhsil Nazirliyinin və ya Nazirlər Kabineti yanında Operativ Qərargahın tədris müəssisələrinin açılması ilə bağlı qərarı olmalıdır ki, bu qərar da verildi: “Hazırda tikiş evində hamı iş başındadır. Geyimlərin tikilməsi üçün kifayət qədər mal və materiallarımız var. Düzdür, "Bakı Tikiş Evi"nin anbarlarında ötən il tikilən əsasən yuxarı siniflər üçün məktəbli geyimləri qalıb. Amma lazım olan qədər istehsal davam edəcək. İndiki halda əsas güc ibtidai siniflər üçün geyimlərin tikilməsinə yönəldilib”. Qeyd edək ki, dərslərin sentyabrın 15-dən etibarən mərhələlərlə başlanmasına qərar verilib. Geri dön |