Ana Sayfa > Ölkə > TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi
TƏBİB karantin rejimində keçirilən toylar barədə açıqlama verdi21-08-2020, 18:35. Yazar: admin |
“Toyların və ya hər hansısa yığıncaqların təşkil olunması ilə bağlı bildirmək istəyirəm ki, ölkədə karantin rejimi qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Bu qərarlar Baş Nazir tərəfindən, dövlət tərəfindən verilir. Bu qaydalara riayət etmək hər kəsin borcudur. Mən buna sadəcə olaraq həkim kimi münasibət bildirə bilərəm”. "Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə bəzi şəxslərin toy etməsi barədə sualı cavablandırarkən deyib. “Başqa tərəfdən, bu proseslərin qiymətləndirilməsi aidiyyatı orqanlar tərəfindən aparılır. Bundan əlavə, aidiyyatı orqanlar reydlər keçirir. Çatışmazlıqlar aradan qaldırılmalıdır. Biz yeni qaydalarla yaşamağa öyrənməliyik”, o bildirib. Geri dön |