Ana Sayfa > Ölkə > Nazir müavini məktəb direktorları ilə pandemiya dövründə tədris ilinə hazırlığı müzakirə edib
Nazir müavini məktəb direktorları ilə pandemiya dövründə tədris ilinə hazırlığı müzakirə edib19-08-2020, 14:54. Yazar: admin |
Avqustun 19-da Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib. Təhsil Nazirliyindən APA-ya bildirilib ki, görüşdə M. Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb. Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib. Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər. Görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq. Geri dön |