Ana Sayfa > Ölkə > Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib

Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib


18-08-2020, 10:28. Yazar: admin
Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib

Kart vasitəsilə əməliyyatların aparılması qaydalarına dəyişiklik edilib.
APA-nın məlumatına görə, bu, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb.
Dəyişikliyə əsasən, emitent və (və ya) ekvayer tərəfindən daha aşağı limit müəyyən edilmədikdə bankomat, POS-terminal və digər ödəniş terminalları vasitəsilə 100 (yüz) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kodun daxil edilməsi və ya emitent tərəfindən kart istifadəçisinin müəyyən edilməsi üçün tətbiq edilən digər üsulların istifadə edilməsi ilə aparılacaq.
İndiyə qədər bu məbləğ 50 manat idi.
Qeyd edək ki, bu dəyişiklik Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq innovativ ödəniş həllərini özündə ehtiva edən rəqəmsal ekosistemin yaradılması istiqamətində görülən işlərin davamı olaraq ödəniş kartları ilə əməliyyatlarda təmassız ödənişlərin daha da genişləndirilməsi məqsədilə edilib.
Qərar 13 avqust 20120-ci il tarixindən qüvvəyə minib.
Geri dön