Ana Sayfa > Ölkə > Azərbaycan manatının effektiv məzənnələri artıb

Azərbaycan manatının effektiv məzənnələri artıb


24-07-2020, 15:10. Yazar: admin
Azərbaycan manatının effektiv məzənnələri artıb

Bu ilin iyul ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 76,3 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 2,1 bən az, həm ilin əvvəlinə nisbətən, həm də ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 bənd çoxdur.

İyulun 1-nə manatın real effektiv məzənnəsi isə 102,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 3,5 bənd az, ilin əvvəlinə nisbətən 3,8 bənd çox, illik müqayisədə isə 3,7 bənd çoxdur.
Geri dön